Laminata qulluq və təmizlənməsi

Ümumilikdə laminatın təmizlənməsinin bir neçə üsulu var. Lakin bu yazıda biz sizə istehsalçıların və həkimlərin bəzi məsləhətlərini verəcəyik.

  • Laminat cızıqlara davamlı olmağına baxmayaraq 2 gündən bir onu təmizləyin. Çünki laminatın üstündə uzun müddət qalan qum və yaxud toz hissəcikləri müəyyən müddətdən sonra cızıqlar əmələ gətirə bilər.
  • Yüngül ağızlıqlı tozsorandan da istifadə etmək olar

 

  • Laminatın üstünə maye halında hər hansı bir şey düşərsə dərhal təmizləyin. Bunun üçün bezdən və ya salfetkadan istifadə edə bilərsiz
  • Suyun uzun müddət laminatın üstündə qalmasına heç bir halda icazə verməyin. Uzun müddət laminatın üzərində qalan su, laminatın kilidlərinə girərək deformasiyay gətirib çıxarda bilər

 

  • Laminatı yuyarkən isti sudan istifadə edin. Su qaynar yox məhz isti olmalıdır
  • Laminatı təmizləyərkən ən ideal variant onun isti su ilə yuyulmasıdır. Mütəxəssilərin çoxunun da dediklərinə görə adi isti su ilə təmizləmə laminatların arasındakı boşluğu aradan qaldırır və müxtəlif kimyəvi vasitələrlə müqayisədə daha sərfəli və zərərsizdir
  • Su ilə təmizləyərkən istifadə etdiyniz bezi sıxın ki, sulu qalmasın. Sıxdıqdan sonra bir kənara qoyun və az nəm bez ilə silməyə başlayın. Çünki adi su belə laminatın deformasiyasına gətirib çıxarda bilər
  • Əgər təmizlədikdən sonra laminatın üstü bir az nəm qalarsa çalışın hər hansı quru bez ilə onu quruluyasınız. Parça bezlər laminatda xırda cızıqlar yarada bildiyindən, onlardan istifadə etmək məsləhət görülmür

 

  • Laminatın parıltısını artırmaq və üstündə uzun müddət qalmış ləkələrin aparılması üçün Uksus ( sirkə yox )istifadə edin.
  • 1 litr suya 50ml uksus qatıb, qatışdırmalısız
  • Hər 30m2 təmizlədikdən sonra az nəm əski ilə həmin ərazini təmizləyin
  • Xalis halda uksusun istifadəsi laminata zərər yetirə bilər. Ona göra də onu isti su ilə qatışdırmağı məsləhət görürük

 

  • Qan ləkəsini aparmaq üçün şüşə təmizləyən kimyəvi vasitələrdən istifadə edin
  • Qanın təmizlənməasinə nə qədər tez başlasanız, onu təmizləmək bir o qədər asan olacaq

 

  • Laminat üzərində qalmış saqqızı təmizləmək üçün plastik bıçaqdan istifadə edin
  • Daha güclü effəktə nail olmaq üçün bezi benzinə az batırıb, təmizləmək olar. Bundan sonra dərhal nəm bez ilə həmin hissəni silin

 

  • Dırnaq üçün lak, ayaqqabı mazı və s. ləkələr üçün aseton və ya lak silən vasitələrdən istifadə edin
  • İstifadədən sonra dərhal nəm bez ilə həmin hissəni təmizləyin

 

  • Əgər laminatın üzərinə yağ düşübsə, onu paket buzlarla dondurmağa çalışın. Bundan sonra isə plastik bıçaqla həmin hissəni qaşıyın