Nəyə görə laminat alarkən altlığına diqqət yetirmək lazımdır ?

 Laminat və yaxud parket lövhə alan hər bir müştəri onun heç bir zaman onun altlığının hansı materialdan olmasına fikir vermir. Bu da onun nəticəsidir ki, laminat və ya parket lövhə alarkən onun üstündə sizə ucuz rulon polietilen altlıqlar tamamilı pulsuz təklif olunur. Bəzi evlərdə bu böyük problemlər yaradır, bəziləri isə məlumatsızlıqdan bu halların normal olduğunu fikirləşir. Biz bu stereotipi aradan qaldırmaq üçün sizə Azərbaycanda ən çox yayılan laminat altlıqları barədə məlumat vermək istəyirik.

 

  

Polietilen altlıqlar - Azərbaycanda ən çox yayılmış laminat altlıq növüdür. Rulon halında olur. 2 və yaxud 3mm qalınlığında olurlar. Üstünlüyü ucuz olmasıdır. Bu baxımdan laminat və ya parket lövhə alınarkən üstündə hədiyyə olunur. Lakin bu cür altlıqlar 6-8 aydan sonra öz keyfiyyətini itirir və yatır. Bu halda döşəmənin kilidləri zədələnir və aralar ( zazor ) əmələ gəlir.Bundan əlavə bu cür altlıqlar nə səs izolyasiyasına, nə də isitilik izolyasiyasına malikdirlər. İsti döşəmənin altından vurulduqda isə betonun üstündə kondensatların ( su damcıları ) əmələ gəlməsinə səbəb olur.  Bu da öz növbəsində döşəminin xarab olmasına və otaqdan pis qoxunun gəlməyinə səbəb olur.

 

 

Preslenmiş penopolistrol altlıqlar -  Bazarda yeni yaranmış laminat altlıq növüdür. Rusiya və MDB ölkələrində ən çox istifadə olunur. Mənfi cəhəti onun ənənəvi altlıqdan baha olmasıdır. Lakin müsbət cəhətləri isə çoxdur. Bu cür altlıqlar həm nəmişliyin qarşısnı rahat alırlar. Səs və istilik izolyasiyasına malikdirlər. Və həmişə eşitdiyimiz " laminatın üstü soyuq olur " deyimini tamamilə təkzib edir. Bundan əlavə bu cür altlıqlar öz keyfiyyətini uzun müddət itirmir və laminatın kilidlərini qoruyaraq onun sınmasına icazə vermir. Bu cür altlıqların isti döşəmə üçün xüsusi perforasiya olunmuş növləri də mövcuddur ki, isti döşəmələrinizin altından rahatlıqla döşəyə bilərsiniz. Döşəmənin üstündəki əyrilikləri örtdüyünə görə birbaşa dikt quraşdırılmadan da betona döşəmək olar.

 

 

Cork altlıqlar  - Hamının " probka " adı ilə tanıdığı bu cür altlıqlar çox etibarlıdır. Əsasən Portuqaliya və İtaliya zavodlarına Rusiya firmaları tərəfindən sifariş olunur və Bakıya gətirilir. Keyfiyyətini uzun müddət saxlayır. Çox güclü səs və istilik izolyasıyasına malikdirlər. Mənfi cəhəti isə qiymətinin çox baha olması və nəmişliyə qarşı dözümsüz olmalarıdır.