Haqqımızda

“ALGROUP MMC – 8 illik əsaslı tarixi olan şirkətdir.

“ALGROUP” MMC Azərbaycanda laminat-parketlərin, daxili və çöl qapıların satışı ilə məşğul olan ilk şirkət olaraq 2013-cü ildən bugünədək fəaliyyət göstərməkdədir. Şirkətimiz peşəkar və müasir yanaşması sayəsində rəqiblərdən daim seçilmiş, məhsul çeşidliliyinə və xidmət səviyyəsinə görə qısa zamanda öz seqmentinin ən tələb olunan şirkətlərindən birinə çevrilmişdir. Şirkətin Bakıda və respublikamızın digər şəhərlərində 230-dan artıq satış dileri fəaliyyət göstərməkdədir.

Şirkət inkişaf etdikcə paralel olaraq onun həm çeşid xətti genişlənmiş, həm də distribütoru olduğu şirkətlərin sayı da artmışdır. Bu gün “ALGROUP” şirkəti bir neçə dünyanın öndə gedən markaların, zavodların, fabrikların rəsmi dillerıdır.

Türkiyənin ən nüfuzlu fabrikların və brendlərin dillerı :

  • Yildiz Entegre fabriki – “VARİO” və “TERRACKLİK” laminat parket markası.
  • Turanlar Grup holdinqın – “Peli” və “Legnostar” laminat parket markası.

 Belarusiyanın ən böyük MDF zavodunun dillerı:

  • Gomeldrev zavodu – “VİVA” laminat parket markası.

Fransanın yegənə laminat parket fabrikasının dillerı:

  • Alsapan zavodu – “Alsafloor” laminat parket markası.

Rusiyada Avstriya markasının zavodunun dillerı:

  • “Kronospan” laminat parket markası.

Rusiyanın Vladimirskiy Dvernoy Kombinatın dillerı :

  • “VDK” daxili və çöl qapıların fabrikası.

Rusiyanın “SOLİD” laminat parket polisterol altlıkların rəsmi dillerı;

  •  “Solid” polisterol altlıkları

Rusiyanın plastik plintusların və aksesuarların rəsmi dillerı:

  •  “WIMAR”, “TPLAST”, “QUADRO” markaları

Həmçinin distribütorlar sırasına Rusiya və Belarus istehsalçılarının “İstok Doors”, “Svarog”, “Zadoors” və “Greenline” qapılarının brendləri də daxildir. Bu markalardan olan məhsulların satışı ölkə daxilində rəsmi mağazalarımız və geniş diler şəbəkəsi vasitəsilə həyata keçirilir.

Məhsulların çeşidliliyindən savayı əməkdaşlarının peşəkarlığına da daim investisiya edən şirkətin döşəmə örtükləri və qapılar sahəsində ixtisaslı komandası da mövcuddur. Bu peşəkar komanda müştərilərə daim düzgün seçim etməkdə yardımçı olaraq texniki məsləhətlər və yığma-quraşdırılma üzrə kömək etməyə hər zaman hazırdır. 

“ALGROUP” MMC – evinizə Fransa mühitini, Belarusiya rahatlığını, Rusiya gözəllikni və Türkiyə keyfiyyətini gətirəcəkdir.

SINAQDAN KEÇİRİLMİŞ KEYFİYYƏT

BÖYÜK ÇEŞİD

ÇATDIRILMA XİDMƏTİ

RAHAT SİFARİŞ & ÖDƏNİŞ

Yazmağa başlayın
azAZ