Laminat ilk dəfə istehsal olunmağa başlayanda laminatı 6 dözümlülük sinifinə ( 21;22;23;31;32;33 ) və 6 yeyilmə sinifinə ( AC1; AC2; AC3; AC4; AC5; AC6 ) bolmüşdülər:
21;22 və 23 sinifə aid olan laminatlar evdə istifadə üçün, 31;32 və 33 isə kafe, restoran. mehmanxana və s. iaşə obyektləri üçün nəzərdə tutulmuşdur. Lakin müəyyən müddətdən sonra bu iki kateqoriyada hazırlanan laminatların maya qiymətləri arasında böyük bir fərq olmadığından iaşə obyektləri üçün istifadə olunan laminatları ev üçün də satmağa başlamışlar. Bununla da müştəri daha möhkəm və güvənilən məhsul əldə etmiş oldu. Bazarda tez-tez eşitdiyiniz “bu 31-ci sinifdir,bu 32 “, ” bu daha gec yeyiləcək ” , ” suya qarşı davamlıdır ” sözləri isə hamısı təmiz yalandır. Əlbəttə 31-ci sinif, 32dən daha üstündür amma bu evə alınarkən elə də böyük önəm kəsb etmir. Laminatın yeyilməsi isə AC3, AC4 və AC5 ilə müəyyən edilir. Videoda bununla tanış ola bilərsiz:
Siz 31-ci sinif AC3 laminat aldıqda bilin ki, siz artıq minimum 10 il zəmanətli mal alırsınız. Laminatı seçərkən bunu özünüzə problem etməyin. Bundan əlavə bəzən laminat alarkən suya dözümlü laminat sözünü görürsünüz. Bu da tamamilə səhv məlumatdır. Heç bir laminat suya dözümlü deyil. Lakin fərq az da olsa var. Məsələn kilid sistemində müxtəlif qətranlar olmayan laminatlar suyu daha tez içinə hopduracaq. Bu o demək deyil ki, kilid sistemində qətran çox laminat suya davamlıdır. Sadəcə vaxt baxımından qatranlar vurulan kilidlər daha gec içinə suyu hopduracaq. Əsas məsələlərdən biri də suyun laminatın altına keçməməsidir. Bu zaman sizə heç qətran da kömək edə bilməyəcək. Bunun qarşısını almaq üçün isə plintusların qıraqlarına silikonu çox vurmaq gərəkdir.